—

İntihar etmiş 14 yaşlı qızın babası saxlanıldı

1,886
İntihar etmiş 14 yaşlı qızın babası saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları keçirilən istintaq və əməliyyat tədbirləri nəticəsində Kobuleti Bələdiyyəsində vəfat etmiş 14 yaşlı uşağın ailə üzvünü - 1945-ci il təvəllüdlü S.Ç.-nı…

Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları keçirilən istintaq və əməliyyat tədbirləri nəticəsində Kobuleti Bələdiyyəsində vəfat etmiş 14 yaşlı uşağın ailə üzvünü - 1945-ci il təvəllüdlü S.Ç.-nı hakimin qərarı əsasında saxlayıb.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayır.

İdarədən verilən məlumata görə, o ailənin azyaşlısına qarşı təhdid və zorakılıqla ittiham olunur.

“İstintaqda təqsirləndirilən şəxsin azyaşlı nəvəsini hədələdiyi və ona zorakılıq etdiyi məlum oldu. 2006-cı il təvəllüdlü azyaşlı bu il 9 fevralda intihar etdi.

Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima 151-ci maddəsinin 2-ci hissəsinin "q" və "d" bəndləri, habelə 126-cı prima maddənin 2-ci hissəsinin "a" bəndinə əsasən istintaq aparılır.

Cinayət üç ilə qədər həbs cəzası nəzərdə tutur.

Bu mövzu ilə əlaqədar olaraq daha bir nəfər Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb. 1997-ci il təvəllüdlü şəxsə on altı yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq və intihara aparma ittihamı ilə həbs qətimkan tədbiri seçildi”, - deyilir DİN-in məlumatında

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →