—

Azərbaycan Prezidenti: “Biz bütün dağılmış kəndləri bərpa edəcəyik”

257
Azərbaycan Prezidenti: “Biz bütün dağılmış kəndləri bərpa edəcəyik”
Dinləmək üçün basın

“Qubadlı rayonunun Yusifbəyli kəndi - bu kənd də düşmən tərəfindən tamamilə dağıdılıb. Biz indi Laçın rayonuna gedirik - Laçın rayonunun Güləbird kəndinə. Zəngilan rayonunun İkinci Ağalı kəndində olduq. Kəndin inkişafı…

“Qubadlı rayonunun Yusifbəyli kəndi - bu kənd də düşmən tərəfindən tamamilə dağıdılıb. Biz indi Laçın rayonuna gedirik - Laçın rayonunun Güləbird kəndinə. Zəngilan rayonunun İkinci Ağalı kəndində olduq. Kəndin inkişafı ilə bağlı təqdimat edildi. Bir neçə aydan sonra İkinci Ağalı kəndinin yenidən qurulmasına start veriləcək. Birinci bərpa edilən kənd olacaq. Və İkinci Ağalı kəndi “Ağıllı kənd” konsepsiyası əsasında qurulacaqdır”.

InterPress.ge xəbər verir ki, bu sözləri dünən Qubadlı rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaqdır. Biz bütün bu dağılmış kəndləri bərpa edəcəyik. Baxın, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün bu binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik”, - deyə dövlət başçısı əlavə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dünən Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →