—

Türkiyədən qaçan “Metro Turizm”in rəhbəri qaçaq həyatında 10 uşaq sahibi olub

669
Türkiyədən qaçan “Metro Turizm”in rəhbəri qaçaq həyatında 10 uşaq sahibi olub
Dinləmək üçün basın

“Metro Holdinq”in qətlə təhrik etdiyi üçün ömürlük həbs cəzasına məhkum olan qaçaq rəhbəri Qalip Öztürk Britaniyanın “The Sun” qəzetinin mövzusu olub.

“Metro Holdinq”in qətlə təhrik etdiyi üçün ömürlük həbs cəzasına məhkum olan qaçaq rəhbəri Qalip Öztürk Britaniyanın “The Sun” qəzetinin mövzusu olub.

InterPress.ge xəbər verir ki, Öztürkün 10 övladı və 23 yaşlı həyat yoldaşı qəzetin manşetində yer alıb.

Surroqat ana vasitəsi ilə uşaq sahibi olan Öztürk bir uşağın dünyaya gəlməsi üçün təxminən 8 min funt sterlinq ödəyir.

Britaniyalılar “Metro Turizm”in qaçaq rəhbəri Qalip Öztürkün Gürcüstandakı həyatını izləyiblər.

Onun 23 yaşlı rus arvadı Kristina Öztürklə surroqat analardan 10 bioloji övladı var.

Sosial mediadakı paylaşımlarında 105 uşaq sahibi olacaqlarını, ancaq bunun təsadüfi bir rəqəm olduğunu deyən Kristina bildirib ki, neçə uşaq sahibi olacağımı bilmirəm, amma 10-da dayanmağı da planlaşdırmırıq.

Qalib Öztürk qızı ilə Batumiyə tətilə gələndə orada Moskva əsilli Kristina ilə tanış olub.

Onlar evliliklərindən sonra da burada qalıblar.

“Metro Turizm”in sahibi Qalip Öztürk 1996-cı ildə Beyoğlunda Kuvvet Köseoğlunun qətlini sifariş etmə iddiasıyla ömürlük həbs cəzasına məhkum edilib.

Bu qərar Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra o, xaricə qaçıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →