—

Stoltenberq: "Qara dəniz bölgəsində iki yaxın və çox dəyərli ortağımız var"

454
Stoltenberq: "Qara dəniz bölgəsində iki yaxın və çox dəyərli ortağımız var"
Dinləmək üçün basın

"Düşünürəm ki, Qara dəniz bölgəsinin NATO və NATO müttəfiqləri, sahil üzvləri, Türkiyə, Bolqarıstan və Rumıniya üçün strateji əhəmiyyətə sahib olduğunu və bölgədə iki yaxın və çox dəyərli ortağımızın olduğunu…

"Düşünürəm ki, Qara dəniz bölgəsinin NATO və NATO müttəfiqləri, sahil üzvləri, Türkiyə, Bolqarıstan və Rumıniya üçün strateji əhəmiyyətə sahib olduğunu və bölgədə iki yaxın və çox dəyərli ortağımızın olduğunu anlamalıyıq. Tərəfdaşlarımız olan Ukrayna və Gürcüstana dəstəyimizi artırırıq. Xüsusilə, sahil mühafizəsi də daxil olmaqla, hərbi dəniz qüvvələrinə yardım edirik".

InterPress.ge xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bildirib.

Qara dənizdə bir ölkənin hökmranlığının olmayacağını deyən Stoltenberq dənizdə hərəkət sərbəstliyini təmin etməkdə maraqlı olduqlarını vurğulayıb.

“Qara dənizin bir ölkənin, Rusiyanın hakim olduğu bir bölgə deyil, hərəkət sərbəstliyinin və beynəlxalq hüququn olduğu bir bölgə olduğundan əmin olmalıyıq", - deyə NATO Baş Katibi bildirdi.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →