—

Batumidə silahlı atışma baş verdi

824
Batumidə silahlı atışma baş verdi
Dinləmək üçün basın

Batumidə, Benze qəsəbəsində silahlı qarşıdurma olub.

InterPress.ge-nin məlumatına görə, avtomobillərdən biri təcili manevr edib, sürücü silahı çıxarıb və arxasında gələn avtomobilə doğru atəş açıb.

"Silah çıxardı, hərbi forma geyinmişdi, sürücünün yanında kim oturmuşdusa, silah çıxarıb atəş etməyə başladı, bu mənim yanımda baş verirdi. Arxadan da başqa avtomobildən atəş açırdılar, bilmirəm bir-birini öldürdülər ya nə etdilər", - dedi şahidlərdən biri.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah alma, saxlama və gəzdirməyi nəzərdə tutan, 236-cı maddəsi ilə istintaq olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →