—

Poniçalada (Soğanlıq) 14 yaşlı qızın nişanlanmasının təfərrüatları məlum olub

4,901
Poniçalada (Soğanlıq) 14 yaşlı qızın nişanlanmasının təfərrüatları məlum olub
Dinləmək üçün basın

Gürcüstanda 11 yaşlı qızın 15 yaşlı dayısı oğluna nişanlanması barədə məlumatlar yayılıb.

Gürcüstanda 11 yaşlı qızın 15 yaşlı dayısı oğluna nişanlanması barədə məlumatlar yayılıb.

InterPress.ge xəbər verir ki, nişan mərasiminin ötən həftə Poniçala (Soğanlıq) kəndində evdə keçirildiyi bildirilir.

Nişandan çəkilən foto və videogörüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Kəndin ictimai fəalları “Report”un yerli bürosuna nişan mərasiminin baş tutduğunu təsdiqləyiblər. Onların sözlərinə görə, mərasim “sözkəsdi” adı ilə keçirilib, qızın 14, oğlanın isə 16 yaşı var. Verilən məlumata əsasən, yeniyetmələr bir neçə il nişanlı qalıb yetkintilk yaşına çatan kimi nikaha daxil olmağı planlaşdırırlar.

Poniçala gəncləri kənddə erkən nişanın olması faktını qınayıblar. Onlar deyiblər ki, erkən evlənmə adət-ənənə deyil, stereotipdir və bu cür neqativ halların aradan qaldırılması üçün maarifləndirmə və təhsil səviyyəsinin artırılmasına böyük ehtiyac duyulur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →