InterPress.ge xəbər verir ki, N. Nərimanov 15 ünvanında yerləşən Günel Bədəlovaya məxsus fərdi yaşayış evi yanaraq yararsız hala düşüb.
Ev sakinlərinin sözlərinə görə, yanğına səbəb qısaqapanma olub.
“Xoşbəxtlikdən evdə heç kim yox idi. Yanğın söndürən gec gəldiyi üçün heç nə götürə bilmədik. Qalmağa başqa yerimiz də yoxdur. Dövlətdən xahiş edirik bizə yardım etsinlər”- dedi ev sakini.
