—

Arçil Talakvadze: "Tezliklə Gürcüstan parlamentində müxalif qrupların fraksiya quracağı vaxt gələcəkdir"

376
Arçil Talakvadze: "Tezliklə Gürcüstan parlamentində müxalif qrupların fraksiya quracağı vaxt gələcəkdir"
Dinləmək üçün basın

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze reqlamentdə ediləcək dəyişikliklərdən bəhs edib. Onun dediyinə görə, qeyri-fraksiyalı millət vəkilləri də parlament vəzifələrini tutma hüququna sahib olacaqlar.

InterPress.ge xəbər verir ki, Talakvadze bu barədə büro iclasında bəhs edib.

Talakvadzenin qeyd etdiyinə görə, dəyişikliklərin məqsədi müxalifət təmsilçilərinə dəyişikliklərlə nəzərdə tutulan parlament vasitələrindən mümkün qədər istifadə etmək imkanı verməkdir. Eyni zamanda, Talakvadze müxalif qrupların Gürcüstan parlamentində fraksiya quracağı vaxtın tezliklə gələcəyini də qeyd edib.

“İkinci məsələ reqlamentdəki dəyişikliklərdir. Bildiyiniz kimi, bununla bağlı ictimaiyyətə məlumat və dəlillər təqdim etdik. Parlament prosesinə daha çox müxalifət təmsilçisinin cəlb olunduğunu nəzərə alaraq müxalifət fraksiyalarına əsasnamə ilə verilən parlament vasitələrindən istifadə etmək imkanı verilməlidir. Ancaq sizə demək istəyirəm ki, tezliklə müxalif qrupların Gürcüstan parlamentində fraksiya quracağı vaxt gələcək”, - dedi Arçil Talakvadze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →