—

Məhdudiyyətlərin qaldırılması üçün etiraz aksiyası keçirildi

1,326
Məhdudiyyətlərin qaldırılması üçün etiraz aksiyası keçirildi
Dinləmək üçün basın

Batumidə "Repormebi" fitness klubunun əməkdaşları və müştəriləri pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlərin qaldırılmasını tələb edən aksiya keçiriblər.

Batumidə "Repormebi" fitness klubunun əməkdaşları və müştəriləri pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlərin qaldırılmasını tələb edən aksiya keçiriblər.

InterPress.ge xəbər verir ki, etirazçılar məhdudlaşdırıcı tədbirləri qeyri-kafi və effektsiz adlandırıblar.

“1 fevraldan etibarən bütün məhdudiyyətlərin qaldırılmasını və insanların iqtisadi fəaliyyətlə məşğul olmasını tələb edirik. Yalnız mənim fitness klubumla iqtisadiyyatın bəxti həll olunmur. Buna görə də komendant saatı və bütün axmaqlığı, məntiqsiz tənzimləməni aradan qaldırın.

Bugünkü mitinqin məqsədi tətbiq olunan məhdudiyyətlərin mənasız olduğunu düşünən, lakin bunu yüksək səslə deyə bilməyən əhaliyə təkan və stimul verməkdir ki, çıxsınlar və tələblərini ucadan səsləndirsinlər. Belə yaşamağa davam etmək mümkün deyil”, - dedi fitness klubunun sahibi Qiorqi Putkaradze.

Etirazçılar aksiyaya müxtəlif formalarda davam edəcəklərini elan ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →