—

Marneulidə 6 nəfər saxlanıldı - VİDEO

6,278
Marneulidə 6 nəfər saxlanıldı - VİDEO
Dinləmək üçün basın

Hüquq-mühafizə orqanları Marneulidə soyğunçuluq faktını açıblar.

Hüquq-mühafizə orqanları Marneulidə soyğunçuluq faktını açıblar.

InterPress.ge xəbər verir ki, yanvarın 18-də Qızılhacılı kəndində 6 nəfər dəmir qəbul həyətindəki vaqon işçilərinə hücum etmişdi.

Onlar, 2000 GEL, iki cib telefonu, iki saat və 1 gümüş boyunbağı oğurlamışdılar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, təcavüzkarlar dəmir qəbul həyətinin çalışanlarını qanunsuz olaraq azadlıqdan məhrum ediblər, ikinci vaqona aparıblar və oraya kilidləyiblər. Daha sonra isə, cinayətin üzərini örtmək üçün, ilk hücm elədikləri vaqonu yandırıblar və hadisə yerindən qaçaraq gizləniblər.

Şübhəlilər bu gün saxlanılıb. Polis, sübut olaraq cib telefonlarını, silahları və müxtəlif əşyaları ələ keçirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →