—

ABŞ-ın nə zaman normal həyata qayıda biləcəyi AÇIQLANDI

442
ABŞ-ın nə zaman normal həyata qayıda biləcəyi AÇIQLANDI
Dinləmək üçün basın

ABŞ Prezidenti Co Baydenin Baş Səhiyyə məsləhətçisi Entoni Fauci Ağ Evdə təşkil etdiyi mətbuat konfransında ölkədəki COVID-19 epidemiyası ilə bağlı son vəziyyətini qiymətləndirib.

ABŞ Prezidenti Co Baydenin Baş Səhiyyə məsləhətçisi Entoni Fauci Ağ Evdə təşkil etdiyi mətbuat konfransında ölkədəki COVID-19 epidemiyası ilə bağlı son vəziyyətini qiymətləndirib.

InterPress.ge “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkədəki epidemiyanın hələ də ciddi səviyyədə olduğunu bildirən Fauci Cənubi Afrika və Britaniyada tapılan COVID-19 mutasiyalarının bir-birindən fərqli olduğuna diqqət çəkib.

O qeyd edib ki, Cənubi Afrikadakı mutasiya hələ ABŞ-da tapılmayıb, amma azı 20 ştatda “Britaniya ştammı”na rast gəlinib.

Fauci Tramp dövrü ilə müqayisədə indi özünü daha rahat hiss etdiyini deyib.

O bildirib ki, əvvəlki rəhbərlik elmi dəlillərə söykənməyən, mütəxəssislər üçün narahatlıq yaradan və əsaslandırılmamış fikirlər səsləndirib.

ABŞ-ın baş infeksionisti ölkənin nə zaman normal həyata qayıda biləcəyindən də danışıb:

“Amerikalıların 85 faizi yayın axırına qədər peyvənd edilərsə, payızda normal həyata dönə bilərik”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →