Zuqdidinin Baramia küçəsində, yeni məcburi köçkün qəsəbəsində yanğın baş verib.
InterPress.ge xəbər verir ki, yanğın-xilasetmə qrupları qısa müddətdə mənzildə baş verən yanğını söndürdüblər.
Lakin otaqlardan birində kişi cəsədi tapılıb. Mövcud məlumata görə, ölən kişi, 1983-cü il təvəllüdlü Abxaziyadan olan məcburi köçkün M.V. mənzildə tək yaşayırmış.
Yanğın ümumilikdə beş kv.metr bölgəyə yayılıb. Ekspert kriminalistlər hadisənin təfərrüatlarını öyrənmək üçün hadisə yerindədirlər.
