Nakerala keçidində nəqliyyatın hərəkəti bərpa edilib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar İdarəsi yayır.
"Keçirilmiş təmizlik işləri nəticəsində daxili əhəmiyyətli Kutaisi (Mocameta) -Tkibuli-Ambrolauri magistral yolunun, km39-km60 (Nakerala keçidi) hissəsində qoşquların hərəkəti bərpa edildi və bu mərhələdə bütün nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir", - deyə məlumatda bildirilib.
