—

Qamğrelidze: "Xoşbəxtlikdən epidemiya prossesi sabitləşməyə doğru gedir"

825
Qamğrelidze: "Xoşbəxtlikdən epidemiya prossesi sabitləşməyə doğru gedir"
Dinləmək üçün basın

"Xoşbəxtlikdən bir aydır ki, ölkədə epidemiya prossesi sabitləşməyə doğru gedir. Hər gün müsbət nisbət kimi fərqli göstəricilər, son bir həftənin insidentliyi, hər şeyin sabitliyə doğru getdiyini göstərir. Gəlin yanvar…

"Xoşbəxtlikdən bir aydır ki, ölkədə epidemiya prossesi sabitləşməyə doğru gedir.
Hər gün müsbət nisbət kimi fərqli göstəricilər, son bir həftənin insidentliyi, hər şeyin sabitliyə doğru getdiyini göstərir. Gəlin yanvar ayının son günlərinə qədər gözləyək və epidemiya vəziyyəti əsasında qərar verək".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze ölkədəki məhdudiyyətlərin azaldılmasından danışarkən bildirib.

Onun sözlərinə görə, müəyyən məhdudiyyətləri azaltmaq lazımdır, ancaq buna epidemioloji vəziyyəti izlədikdən qərar veriləcək.

Eyni zamanda, jurnalistin "Məktəblərin açılması üçün necə epidemiya vəziyyətinə ehtiyac var?" sualına Qamğrelidze bunun birbaşa göstəricisi olmadığını söyləyib.

"Bildiyiniz kimi, pandemiya həyatımızda bir çox şeyi dəyişdirdi. Təhsil sistemi və metodologiyasına köklü dəyişikliklər gətirdi. Tədris prosesi davam edir, bəzi böyük şəhərlərdə davamiyyətli öyrənmə davam etmir. Ümumiyyətlə, şərt var ki, məktəb və kolleclər sonuncu bağlansın və birinci açılasın. Dünya Səhiyyə Təşkilatının baxışı budur. Bu səbəbdən, ölkədə müvafiq qaydalarla təhsilin bərpası üçün əlimizdən gələni edirik, ancaq bu epidemiya vəziyyətindən asılıdır", - dedi Amiran Qamğrelidze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →