—

Daha bir ölkədə koronavirusun “Britaniya ştammı” tapıldı

476
Daha bir ölkədə koronavirusun “Britaniya ştammı” tapıldı
Dinləmək üçün basın

İranda da koronavirusun mutasiya etmiş və daha sürətli yayılan yeni növü tapılıb.

İranda da koronavirusun mutasiya etmiş və daha sürətli yayılan yeni növü tapılıb.

InterPress.ge-nin “Anadolu” Agentlyinə istinadən məlumatına görə, bu barədə İran Səhiyyə naziri Səid Nemeki dövlət televiziyasında bəyan edib.

Onun sözlərinə görə, virusun yeni növü Britaniyadan ölkəsinə qayıdan İran vətəndaşında aşkarlanıb.

Nemeki xəstəxanada karantinə alınan xəstənin səhhətinin yaxşı olduğunu və yaxınlarında heç bir yoluxma müəyyən olunmadığını vurğulayıb.

Qeyd edək ki, Britaniyada koronavirusun mutasiyaya uğramış variantının yayılması ilə əlaqədar İran dekabrın 21-dən bu ölkəyə uçuşları iki həftə müddətinə dayandırmışdı. Bazar günü bu qadağa yanvarın 19-na qədər uzadılıb.

Qeyd edək ki, koronavirusun yeni ştammı ilk dəfə Britaniyada aşkarlanıb. Daha əvvəl Türkiyədə, Çində, Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada, ABŞ-da və digər ölkələrdə də koronavirusun Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

“Britaniya ştammı” 70 faiz daha yoluxucudur, buna görə də daha təhlükəli sayılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →