—

Tamar Qabunia: "Koronavirus testlərinin genişləndirilməsi planlaşdırılır"

465
Tamar Qabunia: "Koronavirus testlərinin genişləndirilməsi planlaşdırılır"
Dinləmək üçün basın

"Koronavirus testinin genişləndirilməsi planlaşdırılır. Taksi sürücüləri də koronavirus testinə cəlb ediləcəklər".

"Koronavirus testinin genişləndirilməsi planlaşdırılır. Taksi sürücüləri də koronavirus testinə cəlb ediləcəklər".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.

Tamar Qabunianın dediyinə görə, testlərin genişləndirilməsi yoluxma hallarının mümkün qədər tez aşkarlanmasına və ötürülmə zəncirinin qırılmasına imkan verəcəkdir.

“Testlərin genişləndirilməsi planlaşdırılır. Növbəti iki həftə və ümumiyyətlə yanvar ayının sonuna qədər aktiv test dövrüdür. Mümkün qədər tez aşkarlamaq üçün müəyyənləşdirdiyimiz iyirmi min hədəf qüvvədədir. Bu kampaniyaya taksi sürücüsü qrupları da əlavə edildi və bu günə qədər proqramda iştirak edən bütün qruplarla birlikdə test ediləcəklər. Aqrar bazarlarda işləyən alverçilər üçün, habelə nədənsə poliklinikaya gələ bilməyən və coğrafi cəhətdən daha əlverişli bir bələdiyyə müəssisəsində müayinə olunmağa üstünlük verən digər şəxslər üçün əlavə test nöqtələri yaradılacaqdır.

Beləliklə, düşünürük ki, gündə iyirmi min test yoluxma hallarını mümkün qədər tez aşkarlamağa və bununla da ötürülmə zəncirini qırmağa imkan verəcəkdir. Yanvarın 1-də nazir tərəfindən ticarətçilər, taksi sürücüləri və artıq müəyyənləşdirilmiş qruplar da daxil olmaqla əlavə qrupların müəyyənləşdirilməsi barədə əmr hazırlandı",- dedi Qabunia.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →