Qori şəhərində, Müqəddəs Su qəsəbəsi adlanan yerdə paltar bazarında yanğın baş verib.
InterPress.ge-nin məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb.
Agentliyin verdiyi məlumata görə, 12 yanğınsöndürmə qrupu hadisə yerinə cəlb olunub, bəziləri isə yoldadır.
Hazırda yanğın söndürmə işləri davam etdirilir.
Yanğının nə qədər ərazini əhatə etdiyi məlum deyil.
Yanğının səbəbi hələlik məlum deyil.
