—

Açıqlama verildi - Türkiyəli hərbçilər Azərbaycana yollanıb - VİDEO

539
Açıqlama verildi - Türkiyəli hərbçilər Azərbaycana yollanıb - VİDEO
Dinləmək üçün basın

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar bildirib ki, Monitorinq mərkəzində xidmət aparacaq bir qrup türkiyəli hərbçi artıq Azərbaycana yollanıb və xidməti vəzifələrini yerinə yetirmək üçün hazır…

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar bildirib ki, Monitorinq mərkəzində xidmət aparacaq bir qrup türkiyəli hərbçi artıq Azərbaycana yollanıb və xidməti vəzifələrini yerinə yetirmək üçün hazır vəziyyətdə müvafiq əmr gözləyir.

InterPress.ge “Haber Global”a istinadən xəbər verir ki, H.Akar bu barədə yüksək rütbəli Türk hərbçilərlə ilin yekunlarına dair iclasda çıxış edərkən məlumat verib.

H.Akar qeyd edib ki, atəşkəsə nəzarət üzrə monitorinq mərkəzinin inşası yekunlaşandan dərhal sonra bir türkiyəli general və 35 zabit xidməti vəzifələrinin icrasına başlayacaq.

“Humanitar yardım fəaliyyətləri çərçivəsində də azərbaycanlı qardaşlarımıza əlimizdən gələn dəstəyi verdik və verməkdə davam edəcəyik. Azərbaycanlı qardaşlarımızın haqlı və şərəfli mübarizəsində yanındayıq”, - deyə H.Akar bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →