08 
Iyn
2020
11:43
1318

Səkkiz kəndə içməli su çəkilir

Gürcüstanın Dmanisi rayonun 8 kəndinin içməli su ilə təchizatı üzrə layihə həyata keçirilir.

InterPress.ge xəbər verir ki, işlərin başa çatdırılmasından sonra Hamamlı, Bəzəkli, Məmişli, Aşağı Oruzman, Yuxarı Oruzman, Dəllər, Vake (Qarakilsə) və Cavaxi kəndləri 24 saat ərzində keyfiyyətli su ilə təmin olunacaq.

Layihənin ümumi dəyəri 1 068 169 lari təşkil edir. İşlərin bu ilin okyabrında yekunlaşdırılması nəzərdə tutulub.

Bu gün Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili və Dmanisinin icra başçısı Giorgi Tatuaşvili su təchizatı sisteminin inşası prosesi ilə yerində tanış olublar. /report/

Bizimlə əlaqə saxlayın