22 
Dek
2020
22:03
3363

Soydaş İctimai Birliyi Gürcüstan və Azərbaycan vətəndaşlarının sərhəd keçmə problemləri ilə bağlı aidiyyatı qurumlara təklif verdi

Pandemiya səbəbindən Azərbaycan-Gürcüstan hava və quru sərhədlərinin bağlı olduğuna görə, hər iki ölkənin vətəndaşları çox sayda problemlərlə üz-üzə qalırlar.

InterPress.ge xəbər verir ki, bununla bağlı Soydaş İctimai Birliyi hər iki ölkənin aidiyyatı qrumlarına təklif ünvanlayıb.

Soydaş İctimai Birliyinin yaydığı təklifi təqdim edirik:

"Vətən Muharibəsi dövründə, bir aktual problem ətrafında fikirlərimizi diqqətinizə çatdıra bilmədik.

Azərbaycan Respublikası, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli dövlətidir.

Pandemiya səbəbindən hava və quru sərhədlərimiz bağlı olduğuna görə, Soydaşlarımız çox sayda problemlərlə üz-üzə qaldılar.

Yaxın qonşumuz, strateji müttəfiqimiz olan Gürcüstanda yaşayan Soydaşlarımızın timsalında problemin aktuallığını əsaslandırmaq istəyirik.

Gürcüstanda 500 min nəfərə yaxın Soydaşlarımız yaşayırlar, aborigenlərdi.

Azərbaycan Respublikasında da, təxminən o sayda Gürcüstan əsilli Azərbaycan vətəndaşı, eyni zamanda qeyri - rəsmi məlumatlara görə,100 min nəfərə qədər də Gürcüstan vətəndaşı olan Soydaşlarımız vardır. Təxminən demək olar ki, Gürcüstanda olan hər bir ailədən Azərbaycanda yaşayan vardır.

Pandemiya dövründə yüzlərlə vətəndaşımız və ya Soydaşımız, valideynlərinin, yaxınlarının dəfn mərasiminə gedə bilmədilər.

Məsələn, Gürcüstanlı Soydaşlarımızdan birinin 2 övladı var. Hər iki övladı da Azərbaycan vətəndaşıdır.

Ata və ya ana vəfat edir, övladlarının heç biri dəfnə gedə və təşkil edə bilmirlər.

Çox ağır vəziyyət yaranır...

SOYDAŞ İctimai Birliyinə, çoxsaylı bu vəziyyətdə olan Soydaşlarımız müraciətlər edirlər. Bu vəziyyətdən qismən çıxmaq üçün, hər iki ölkənin müvafiq qurumlarına təklif edirik:

- Vəfat edən şəxslərin birinci dərəcəli qohumlarının, əgər birinci dərəcəli qohumları yoxdursa, ikinci dərəcəli qohumlarının müəyyən olunmuş sayda iştirak etmələrinə şərait yaradılsın.( Operativ qaydada müayinədən keçməklə birgə)", - deyə təklifdə qeyd olunur.

Bizimlə əlaqə saxlayın