03 
Dek
2020
16:47
1553

Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı - RƏSMİ

Müharibə zamanı Azərbaycan 2.783 şəhid verib.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçu isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçu tibb müəssisələrində müalicəsi davam edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər