23 
Nybr
2020
21:08
1680

Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı

Dağlıq Qarabağ ərazisində minanın partlaması nəticəsində Azərbaycan Silahlı qüvvələrinin hərbçisi şəhid olub.

InterPress.ge xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Hadisənin cəsədlərin axtarışı zamanı baş verdiyi bildirilir.

Suqovuşan ərazisi yaxınlığında minanın partlaması nəticəsində həmçinin bir Rusiya sülhməramlısı və dörd erməni hərbçi yaralanıb.

Yaralı rusiyalı hərbçi Bakıya aparılıb. Yaralının həyatı üçün təhlükə olmadığı bildirilir.

Bizimlə əlaqə saxlayın