18 
Okt
2020
07:51
940

Azərbaycan MN - Düşmən yenidən humanitar atəşkəs rejimini pozdu

"Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub".

InterPress.ge xəbər verir ki, bu barədə AzərbaycanınM MüdafiəNazirliyindən məlumat verilib.

Məlumata görə, qarşı tərəf Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub.

“Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir”, - deyə nazirlikdən bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər