26 
Sen
2020
17:45
833

Ukraynada 26 nəfərin ölümünə səbəb olan təyyarənin qəza anı - ANBAAN VİDEO

Ukraynanın Xarkov vilayətində 26 nəfər öldüyü hərbi təyyarənin qəza anının görüntüləri yayılıb.

InterPress.ge xəbər verir ki, Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko “Facebook”da sözügedən videonu paylaşıb.

Qeyd edək ki, An-26 hərbi nəqliyyat təyyarəsi cümə axşamı təlim uçuşu zamanı Xarkov vilayətinin Çuguyev şəhəri yaxınlığında qəzaya uğrayıb.

Hava gəmisində 27 nəfər olub: yeddi ekipaj üzvü və 20 kursant. Bir kursantın uçmasına icazə verilməyib. Rəsmi rəqəmlərə görə, 26 nəfər ölüb (biri xəstəxanada).

Son anda təyyarədən tullanmağı bacaran bir kursant xilas olub: O, hazırda orta dərəcəli bədən xəsarətləri ilə xəstəxanadadır.

Bizimlə əlaqə saxlayın