14 
Sen
2020
16:37
2199

Türkiyədə Gürcüstan vətəndaşı qadın qətlə yetirildi - VİDEO

Türkiyənin Bağcılar rayonunda Gürcüstan vətəndaşı qadının evində öldürüldüyü tapılıb.

InterPress.ge Türkiyə mediasına istinadən xəbər verir ki, ekspertiza qadının cansız bədənində çoxsaylı bıçaq xəsarətləri aşkarlayıblar.

Barbaros Məhəlləsi 224 küçəsində yaşayan qadının yaxınları 2 gündür ondan xəbər ala bilməyiblər və daha sonra polisə məlumat veriblər.

Polisə daxil olan məlumat üzərinə hadisə yerinə gedib. Evə girən polis, qadınının öldürüldüyünü təyin edib. Ekspert qrupları qadının bədənində çoxsaylı bıçaq xəsarətləri və döyüldüyünü aşkarlayıblar

Faktla bağlı istintaq başlanılıb.

Bizimlə əlaqə saxlayın