15 
Yan
2021
10:44
900

Azərbaycanın ən yaşlı pensiyaçısının yaşı açıqlanıb

Bu gün Azərbaycanda yaşı 100-dən çox yaşı olan pensiyaçıların sayı 400 nəfərdir.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məlumat verib.

O qeyd edib ki, pensiyaçıların 27 nəfəri kişi, 373 nəfəri isə qadındır:

“Ən yaşlı kişi pensiyaçı İbrahimov Hilal İsa oğludur. O, 1915-ci il təvəllüdlüdür. Bakı şəhərində yaşayır. Ən yaşlı qadın pensiyaçı isə 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. O, Lənkəran rayonunda yaşayır”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər