28 
Dek
2020
10:17
483

Dünyada koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 81 144 994 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə InterPress.ge xarici media istinadən xəbər verir.

Virusdan 1 771 981 xəstə ölüb, 57 293 765 nəfər sağalıb.

Avropada 22 694 826, Şimali Amerikada 22 464 673, Asiyada 20 366 249, Cənubi Amerikada 12 892 584, Afrikada isə 2 678 022 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (19 573 847 nəfər), Hindistan (10 208 725 nəfər), Braziliya (7 484 285 nəfər), Rusiya (3 050 248 nəfər) və Fransadır (2 559 686 nəfər).

Yeddinci yerdə olan Türkiyədə 2 147 578, İranda 1 200 465, Azərbaycanda 214 711, Ermənistanda isə 157 834 nəfərdə koronavirus müəyyən edilib.

Bizimlə əlaqə saxlayın