01 
Dek
2020
20:17
697

Bir neçə dini birləşmə birgə bəyanat yayır

Dini birləşmələr vitse-premyer Maia Tskitişvilinin mövqeyi ilə bağlı bəyanat yayırlar.

Bu barədə InterPress.ge 1tv-yə istinadən xəbər verir.

Bəyanatda deyilir:

“Bu müraciəti imzalayan dini birləşmələr Gürcüstan iqtidarının vitse-premyeri Maia Tskitişvilinin bəyanatına görə narahatçılığımızı bildiririk. Xanım Maia Tskitişvili cari ilin noyabrın 27-də bəyan etdi ki, yanvarın 6-7-də, məhdudiyyətlərə rəğmən, pravoslav kilsəsi üçün istisna ediləcək, çünki “əhalinin əksəriyyəti pravoslavdır” və bütün rəsmi tətil günləri pravoslav dininə aiddir.

Həmçinin, pandemiya ilə mübarizəyə yeni başlanan zaman, 2020-ci ilin aprelin 14-də, baş nazir Giorgi Qaxarianın bəyanatı bizi narahat etmişdi, hansında o bəyan etdi ki, fövqəladə vəziyyət zamanı, Gürcüstanın dövlət konfessiyasına əsasən, dominant dini birləşməsi üçün fərqli rejim olacaq, çünki “biz pravoslav bir ölkəyik”.

Baş nazirin bu kökündən yanlış bəyanatı əlbəttə ki, Gürcüstan konstitusiyasına və dövlətçiliyinə ziddir, çünki Gürcüstan konstitusiyası ilə, din və dövlət bir-birindən ayrıdır. Dini aidiyyata görə, seçmək isə, qanunla qadağandır.

Ancaq o zaman, pandemiyaya və ölkədəki gərgin vəziyyətə görə, biz o şərhə cavab vermədik. Xanım vitse-premyerin yeni bəyanatı isə, aşkar olaraq, diskriminasiya xasiyyətini daşıyır.

Ürək ağrısı ilə, bildirmək istəyirik ki, pandemiya zamanı, qeyri-dominant dini qruplar olaraq, dəfələrlə diskriminasiya hallarına məruz qaldıq.

Əgər dominant dini birləşmələr və onun dindarları üçün heç bir məhduddiyyət yox idisə, əksinə, bütün növ məhdudiyyətlər sadəcə qeyri-dominant dini birləşmələr üçün qüvvədə idi.

Əgər kilsələrdə çox sayda insanların iştirak etdiyi dini mərasimlərə icazə verilirsə, qeyri-dominant dini birləşmələrin dini mərasimləri niyə qadağan edilir?

Gürcüstan qanunvericiliyi bu baxımdan, hərhansı dini birləşməyə üstünlük vermir axı.

Bu məktubu imzalayan dini birləşmələr pandemiya ilə bağlı məhdudiyyətlərə sosial məsuliyyətlə yanaşırıq. Nə qədər ağır bir xəstəliklə qarşı-qarşıya olduğumuzu dərk edirik və onu da bilirik ki, belə halda bütün əhalinin konsolidasiyası önəmlidir.

Məhz belə hallarda, iqtidar tərəfindən atılan addımlar əhalidə ədalətsizlik hissi yaratmamalıdır və diskriminasiya xasiyytəli olmamalıdır. Biz bunu qəbul etmirik.

Biz dini fərqliliyə rəğmən, qanun qarşısında bərabərik və bu bərabərlik prinsipi Gürcüstan konstitusiyası ilə qorunub!

Gürcüstan iqtidarına müraciət edirik, pandemiya ilə mübarizə fonunda, diskriminasiya xarakterli bəyanatlara və addımlara yol verilməsin və dominant dinə üstünlük verilərək, digər dini konfessiyalara qarşı ədalətsizlik edilməsin.

Biz pandemiya ilə bağlı məsələlərin müzakirəsi üçün, Gürcüstan iqtidarı ilə görüşməyə hazırıq” – deyilir bəyanatda, hansı ki, həmin bəyanatı Gürcüstanın Müsəlmanlar Birliyi, Evangelist kilsəsi, Eveangelist-baptist kilsəsi, Müsəlmanlar birliyi Ahmadia, “Həyat sözü” evangelist kilsəsi, Kvakerlərin dostlar cəmiyyəti, Böyük Svedenborqun dini cəmiyyəti, “Xilas etmə armiyası” və digər dini birləşmələr imzalayıblar.

Bizimlə əlaqə saxlayın