26 
Nybr
2020
16:58
5326

Noyabrın 28-dən Gürcüstanda hansı məhdudiyyətlər qüvvəyə minir - TAM SİYAHI

Gürcüstanda mövcud olan epidemioloji vəziyyətdən irəli gələrək, baş nazirin rəhbərliyi ilə keçirilən idarələrarası koordinasiya şurası ölkədə qüvvədə olan məhdudiyyətlərin genişlədirilməsi ilə bağlı qərar verdi.

InterPress.ge koordinasiya şurasının qərarını təqdim edir:

  • Noyabrın 28-dən – yanvarın 31-nə qədər:

Ölkə miqyasında saat 21:00-dan 05:00-ə qədər insanlar hərəkət etməsi, həm piyada, həm də avtomobil ilə qadağan edilir.

31 dekabr və yanvarın 6-sı istisna olunur.

Restoranlar və qida obyektləri tamamən daşıma servisinə keçirlər.

Fitnes-mərkəzlərin və üzmə havuzlarının fəaliyyəti dayandırılır.

Hər-hansı növ konfransları və təbirlərin keçirilməsi qadağan edilir.

Açıq və qapalı bazarlar işləmirlər. Aqrar bazarlar fəaliyyətə davam edirlər.

Xizək kurortlarında mehmanxanalar sadəcə covid-infeksiyalıların yerləşdirilməsi üçün fəaliyyət göstərəcəklər.

Həmçinin, xizək trassaları və xizək kurortlarında kanat yollarının funksiyası dayandırılır.

  • Dekabrın 24-də yanvarın 2-nə qədər

Ticarət mərkəzləri, açıq və qapalı bazarlar işləyəcəklər.

Munisipal və şəhərlərarası nəqliyyat vasitələri bərpa olunacaq.

3 yanvar – 15 yanvar

Ölkə miqyasında:

  • Tətil günləri elan olunur;
  • Noyabrın 28-dən dekabrın 24-nə qədər qüvvədə olan bütün məhdudiyyətlər yenidən qüvvəyə minəcək.
  • Banklardan və strateji əhəmiyyətli obyetlərdən başqa, heç bir müəssisə işləməyəcək
  • 16 yanvar – 31 yanvar

Ölkə miqyasında:

  • Munisipal və şəhərlərarası nəqliyyat vasitələrinin fəaliyyəti bərpa olunacaq.
  • Ticarət obyektlərinin, açıq və qapalı bazarların fəaliyyəti (şənbə-bazardan başqa).
  • Şənbə-bazar günləri nəqliyyat vasitələri də fəaliyyətlərini dayandıracaqlar

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər