26 
Nybr
2020
15:01
12184

Baş nazirdən ŞAD XƏBƏR! Bu şəxslər altı ay hökumətdən 100 lari yardım alacaq

Hökumətin qərarına əsasən, sosial cəhətdən həssas ailələrə, eləcə də 16 yaşınadək 3 və ya daha çox azyaşlı uşağı olan ailələrə 6 ay ərzində hər ay 100 lari yardım veriləcək.

InterPress.ge xəbər verir ki, Baş nazir Qiorqi Qaxaria bu barədə qurumlararası Koordinasiya Şurasının iclasından sonra bəyan edib.

"65 mindən 100 min baladək olan bütün sosial cəhətdən həssas ailələr dövlətdən yardım olaraq 100 lari alacaqlar. Birinci dalğa zamanı 72 min ailə bu proqramdan bəhrələndi. 0-dan - 16 yaşınadək 3 və ya daha çox azyaşlı uşağı olan 100 min ailə üçün 6 ay ərzində hər ay 100 lari olacaq. 18 yaşından kiçik əlillər və ağır əlillər üçün 100 GEL yardımı 6 ay davam edəcək, bu 43 min insanı əhatə edəcək", - dedi Qioqri Qaxaria.

Bizimlə əlaqə saxlayın