29 
Okt
2020
10:44
6899

Baş nazir 200 lari yardımla bağlı açıqlama verdi

"Ola bilsin ki, bəzi vətəndaşlar bizim təklif etdiyimiz 200 lari yardımına ehtiyac duymurlar və bu gündən etibarən öz bəyanatları əsasında bu yardımdan imtina etmə fürsəti əldə edəcəklər".

InterPress.ge xəbər verir ki, bu haqda Baş nazir Qiorqi Qaxaria bu gün hökumət iclasında dedi.

Hökümətin, kommunal yardımlardan əlavə olaraq, 200 lari yardımın bu gün dövlətin vətəndaşları üçün etdiyi minimum şey olduğunu bildirdi.

"Bu yardımın pandemiya və qlobal iqtisadi böhran səbəbiylə gəlirlərini itirənlər üçün son dərəcə əhəmiyyətli olduğunu söylədik, eyni zamanda bir çox vətəndaşımız bu yardımdan imtina etmə fürsəti əldə edəcəklər", - deyə baş nazir qeyd edib.

Mənbə: Report

Bizimlə əlaqə saxlayın