20 
Okt
2020
11:25
650

Gürcüstanda koronavirusa yüzlərlə yoluxma qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1194 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 19 857 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 328 sağalma qeydə alınaraq 8 666 nəfər təşkil edib.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 6 407 nəfər karantində saxlanılır.

Qeyd edək ki, bu gün daha 15 nəfər koronavirusdan vəfat edib və ümumi say 153 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın