16 
Okt
2020
09:46
3572

Gürcüstanda koronavirusa görə kilidləmə olacaq? - Baş nazirdən açıqlama

"Əlbətdə, ölkədə ciddi, sistemli bir kilidləmə planlaşdırılmır".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxaria açıqlama verib.

Onun qeyd etdiyinə görə, hökumət lokal məhdudiyyətlərlə irəliləyir və məhdudiyyətlər məsələsi bizim qaydalara riayət etməyimizdən və digər faktorlardan asılıdır.

"Bu gün buna ehtiyac yoxdur, amma qaydalara riayət etmək elementar bir məsuliyyətdir. Qanuna tabe olmaq, bu gün qaydalara tabe olmaq həqiqətən vətənpərvərlikdir. Bundan başqa hökumət biznesə dəstək verməyə davam edəcək", - Qaxariya qeyd etdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər