07 
Okt
2020
13:36
606

Bu gün koronavirusa yoluxanlar haradan olduqları açıqlandı

"Koronavirusun təsdiqlənmiş 508 yeni halından 259-u Acarada, 111-i Tbilisidə, 91-i İmeretidə Sameqrelo Zemo Svanetidə 24, Quriyada 8, Kvemo Kartlidə və Mçxeta Mtianetidə 5-5, Şida Kartlidə və Kaxetidə 2-2 hal qeydə alınıb".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri Marina Endeladze açıqlama verib.

Marina Endeladzenin açıqlamasına görə, bu günki gündə Gürcüstanda 4518 aktiv hal mövcuddur ki, buradan 58-i kritik ağırdır, buradan 8-i isə Abxaziyadan təxliyyə edilmiş xəstələrdir.

"Mərkəzimizdə 42 xəstə var. Buradan 5-i ağırdır, biri isə kritik ağırdır. Tbilisiyə xüsusi diqqət yetirilməlidir çünki artım var. Tbilisinin yoluxma faizi 22%-dir", - dedi Marina Endeladze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər