06 
Okt
2020
09:20
618

Tbilisidə ağır yol qəzası - Bir ölü, iki yaralı

Tbilisidəki Qəhrəmanlar Meydanında baş verən yol qəzasında bir nəfər ölüb.

InterPress.ge ipn-ə istinadən xəbər verir ki, Mercedes markalı avtomobil dirəyə çırpılıb və nəticədə bir nəfər ölüb.

Eyni zamanda, iki nəfərin yaralandığı və klinikaya aparıldığı bildirilir.

Daxili İşlər Nazirliyinin patrul və fövqəladə hallar idarəetmə briqadaları yerindəcə səfərbər olunublar.

Daxili İşlər Nazirliyi hadisəni Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin altıncı hissəsi ilə araşdırıldığını bildirir.

Bizimlə əlaqə saxlayın