02 
Okt
2020
13:15
1146

Gürcüstanda ağır yol qəzası - 1 ölü, 5 yaralı

Batumidə avtomobil qəzası nəticəsində 1 nəfər dünyasını dəyişib, 5 nəfər xəsarət alıb.

InterPress.ge xəbər verir ki, onları təcili tibbi yardım briqadası BMC xəstəxanasına yerləşdirib.

Həkimlərin məlumatına görə, xəsarət alan vətəndaşlarda çoxsaylı yaralar var. Hadisə aeroport yaxınlığında baş verib. İki yüngül avtomobil bir birilə toqquşub.

Daxil işlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı istintaq Gürcüstan cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə başlayıb.

Bizimlə əlaqə saxlayın