02 
Okt
2020
09:46
547

Acarıstanda güclü yağan yağış ciddi fəsadlar törətdi - VİDEO

Dünən gecə güclü yağan yağış Acarıstanda ciddi fəsadlar törədib.

InterPress.ge Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Xidmətinə istinadən xəbər verir ki, Xelvaçauridə torpaq sürüşməsi evi aparıb.

İdarənin məlumatına görə, Acarada çoxlu yağan yağışlara görə, “112” mərkəzinə 400-dən artıq zəng daxil olub.

“Hadisəni görənlərin dediyinə görə, Xelvaçauridə torpaq sürüşməsi evi apardı, içərisində olan vətəndaşların axtarış işləri aparılır.

Zənglərin əksəriyyəti küçələrə, evlərin birinci mətəbələrinə, həyət və zirzəmilərə dolan suya aiddir. Bir neçə yerdə, yolda, torpaq kütləsi çöküb və yol bağlanıb, çaylar daşıb.

Xilasedicilər kran vasitəsilə, Satexi çayından bir avtomobil çıxardılar. İçərisində heç kim yox idi”, – Fövqəladə Hallar İdarəsi Xidmətində bəyan edirlər.

Xelvaçauridə, Tedoradzelərin evini apardığı Kveda Coço kəndində torpaq sürüşməsi altında güman edildiyinə görə, beş adam qalıb. Qonşular deyirlər ki, evdə ailənin üç üzvü var idi.

Elə onların məlumatına görə, həmçinin torpaq sürüşməsinin apardığı yolda duran maşının içində, qonaq gələn iki gənc var idi.

“Torpaq ki, sürüşdü, böyük səs var idi, ev betondan idi və evi tamamilə apardı. Evdə olan üç insan sürüşmə altında qaldı. 200 metr hündürlükdən torpaq kütləsi sürüşdü, qəflətən apardı. Həmçinin yolda “Prius” var idi və onu da apardı. Maşında iki oğlan otururdu, qonaq gəlmişdilər”, – qonşulardan biri deyir.

Bizimlə əlaqə saxlayın