27 
Sen
2020
10:26
419

Acarıstandan digər bölgələrə virus yayıla bilərmi? - Açıqlama

"Acarıstandan digər bölgələrə koronavirus yayıla bilməz".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabuniyanın açıqlama verib.

Qabuniyanın jurnalistlərə verdiyi məlumata görə, Batumidəki yoluxma hallarının artması həndəsi irəliləmə deyil və vəziyyət sabitləşir.

“Yoluxma hallarının artması əsasən Batuminin hesabınadır. Artım həndəsi irəliləyişlə Batumidə deyil. Dünən Batumidən qayıtdım. Oradakı vəziyyət sabitləşməyə doğru irəliləyir və qısa müddətdə Acarıstan bölgəsindən daha yaxşı bir proqnoz verəcəyimizi düşünürük.

Əhaliyə gəldikdə, İmeretidə də bir qədər artım müşahidə olunur. Acarıstandan digər bölgələrə virus yayıla bilməz. Beləliklə, əsas strategiyamız Batumiyə və mövcud vəziyyətin sabitləşməsinə yönəldilib", - dedi T. Qabunia.

Bizimlə əlaqə saxlayın