22 
Sen
2020
11:06
1405

Gürcüstanda koronavirusa yenə REKORD yoluxma qeydə alındı

Gürcüstanda koronavirusa 218 yeni yoluxma halı aşkarlanıb və cəmdə yoluxanların sayı 3913 nəfər təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumətin xüsusi olaraq yaratdığı stopcov.ge veb saytında yerləşdirilib.

Gürcüstanda koronavirusdan sağalan insanların sayı 40 nəfər artaraq, 1574 nəfərə çatıb.

Eyni zamanda qeyd olunur ki, karantin rejimində 5277 nəfər, xəstəxanada nəzarətdə altında isə 836 nəfər saxlanılır.

Bu günə kimi, ölkədə 22 nəfər koronavirusdan vəfat edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər