14 
Sen
2020
10:06
4741

Xaricdə yaşayan Gürcüstan vətəndaşlarının nəzərinə! Oktyabrın 10-dək...

"Parlament seçkilərində iştirak etmək üçün xaricdə yaşayan Gürcüstan vətəndaşları oktyabrın 10-dək Gürcüstan səfirliyində qeydiyyatdan keçməlidirlər".

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komisiyası (MSK) məlumat verib.

MSK-dan bildirilir ki, xarici ölkələrdə məntəqə seçki komissiyaları yaradıldıqdan sonra, seçki məntəqələri haqqında məlumatlar dərhal MSK-nın rəsmi saytında yerləşdiriləcək.

"Xatırladaq ki, parlament seçkilərində iştirak etmək üçün xaricdə yaşayan Gürcüstan vətəndaşları Oktyabrın 10-dək Gürcüstan səfirliyində qeydiyyatdan keçməli və ya Gürcüstanın mövcud qanunvericiliyinə uyğun ünvanda qeydiyyatdan keçməlidirlər. Səfirlikdə qeydiyyatdan keçmək ödənişsizdir. Qeyd edək ki, vətəndaşlar bu proseduru səfirliyin veb saytı vasitəsi ilə elektron şəkildə həyata keçirə bilərlər. Xarici ölkələrdə yaşayan Gürcüstan vətəndaşlar MSK-nın Çağırı Mərkəzi ilə 2 51 00 51 əlaqə quraraq ətraflı məlumat ala bilərlər", - deyə MSK-dan bildirilir.

Qeyd edək ki, Gürcüstan təxminən 40 ölkədə seçki məntəqəsi açacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər