12 
Sen
2020
12:42
1197

Bu gün koronavirusa yoluxanlar Gürcüstanın bu bölgələrindəndir - Açıqlama

"Koronavirusun yeni təsdiqlənmiş 158 halından 87-si Acarıstanda a.kar edilib".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Mərkəzi Yoluxucu Xəstəliklər Xəstəxanasının Tibbi Direktoru Marina Ezugbaia bildirib.

"Bu gün 158 yeni təsdiqlənmiş hal əlavə etdik və ümumi yoluxma sayı 2075 oldu. Bu 158 təsdiqlənmiş yoluxmaların 87-si Acarıstan, 28-i Samegrelo, 19-u İmereti, 6-sı Guria və 18-i Tbilisidir. Ölkədə heç vaxt belə bir nisbət olmamışdı, amma bu, çaxnaşma üçün əsas vermir və buna görə də sizə nisbətən sakit olmağınızı və buna görədə çaxnaşma üçün bir səbəb olmadığını izah etmək istəyirəm. Hökumət, Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət tərəfindən dərhal, operativ, nisbətli tədbirlər görüldüyü üçün, yoluxmuşların təmasları çox sürətlə tapıldı və araşdırıldı" - dedi Marina Ezugbaia.

Onun bildirdiyinə görə, Batumidə və Çaqeridə virus demək olar ki məhv edilib.

Bizimlə əlaqə saxlayın