12 
Sen
2020
12:20
1550

Ailə zorakılığına görə tətbiq edilən elektron qolbağ ilk dəfə Marneulidə ailəsinə qarşı zorakılıq edən şəxsdə istifadə edildi - VİDEO

1 sentyabr 2020-ci ildə qüvvəyə minmiş qanunvericilik dəyişikliklərindən sonra Daxili İşlər Nazirliyi ilk dəfə elektron nəzarətə başladı.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Kvemo Kartli Polis departamentinin Marneuli rayon bölməsinin əməkdaşları məişət zorakılığı və təhdidlərlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı prima maddəsinin 1-ci hissəsi, 11-ci prima maddəsinin və 151-ci maddəsinin 2-ci hissəsinin "d" altbəndinə əsasən istintaqa başladı.

"İstintaqla təsdiq olundu ki, 1985-ci il təvəllüdlü kişi 1983-cü il təvəllüdlü həyat yoldaşına fiziki təhqir edib və onu öldürməklə hədələyib. Faktla bağlı həbs qətimkan tədbiri çıxarmaqla yanaşı 1985-ci il təvəllüdlü şəxsə qarşı elektron nəzarətin tətbiq edilməsi barədə qərar qəbul edildi. Gürcüstan Cinayət Məcəlləsinin 126-cı prima maddəsinin 1-ci hissəsinə, 11-ci prima maddəsinə və 151-ci maddəsinin 2-ci hissəsinin "d" bəndinə əsasən məişət zorakılığı və təhdid faktları üzrə istintaq davam edir. Cinayət 3 ilə qədər həbs cəzası nəzərdə tutur.

Cinayətkarın elektron qolbaq vasitəsilə izlənməsi Daxili İşlər Nazirliyinin "112" İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzi tərəfindən təmin edilir. Şəxsin elektron nəzarətdən yayınması halında Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb ediləcək ”, - deyə DİN-dən bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər