30 
Iyl
2020
12:42
3150

Qardabaninin Qaracalar kəndindən şad xəbər var

Qardaban bələdiyyəsinin Qaracalar kəndindən Luqar laboratoriyasına göndərilən 196 bioloji nümunənin cavablarının hamısı mənfidir.

InterPress.ge xəbər verir ki, PCR test nəticəsinə görə, bioloji nümunələrin heç birində koronavirus aşkar edilməyib.

Qardaban bələdiyyəsi meriyasından verilən açıqlamaya görə, daha 25 nəfərin bioloji nümunəsinin cavablarını bu günün sonunadək gözləyəcəklər. 25 bioloji nümunələr dünən təsdqilənmiş virus hallarının təmasda olduqları şəxslərdən götürülüb. Epidemioloqlar əhalidə geniş test aparıblar. Ümumi cəmdə 2400 insanda PCR test aparılıb.

Qeyd edək ik, bu günə kimi Qaracalar kəndində 36 nəfərdə koronavirus a.karlanıb. Ümumi cəmdə Qardaban bələdiyyəsində 56 şəxs virusa yoluxub. Artıq 7 gündür Qaracalar kəndində karantin rejimi qüvvədədir. Kəndin giriş- çıxışına, əhalinin gediş–gəlişinə polislər nəzarət edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər