15 
Iyl
2020
12:49
1677

Paata İmnadze maskalarla bağlı maraqlı açıqlama verdi

"Bir gün dedim ki, Maskanın adını dəyişəcəm və ağız burun maskası adlandıracağam çünki, insanlar Maskanı yalnız ağız nahiyələrinə taxırlar".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbərinin müavini Paata İmnadze deyib.

"Biz abituriyentlərə maksimal komfortlu mühit yaratmaq üçün çalışdıq. Biz dedik ki, imtahan vaxtı maska taxılmaya bilər nəticədə nə oldu bir abituriyent virusa yoluxdu həm o həmdə onunla təmasda olan digər 9 nəfər abituriyent də karantinə alındı.

Tədqiqatlar var ki əgər virus daşıyıcısı maska taxıbsa o digər insana 70% virus ötürmə şansını azaldır. Əgər sağlam insan maska taxıbsa və virus daşıyıcısı taxmayıbsa o zaman virus keçmə şansı daha da aşağı düşür. Praktiki olaraq ötürülmə şansı 0-a bərabər olur. Bunu tədqiqatlar təsdiq edir və bizdə tədqiqatlara əsaslanan halları sizə çatdırırıq"- dedi Paata İmnadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər