02 
Iyn
2020
22:38
920

Ozurgeti şəhərində bədbəxt hadisə baş verib, qadın həyatını itirib

Ozurgeti şəhərinin Petridze küçəsində avtomobil orta yaşlı qadın vurub, qadın hadisə yerində həyatını itirib.

InterPress.ge xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

Məlumata görə, qadın yolu keçərkən bədbəxt hadisə baş verib, avtomobil qadını vurub. Avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Gürcüstan Daxili İşlər Nazirliyi, "yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması və ya bir insanın ölümü ilə nəticələnən nəqliyyat vasitəsinin istismarı" maddəsi ilə dörd ildən yeddi ilədək həbs cəzası nəzərdə tutan cinayət işi açıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər