05 
Dek
2020
15:47
2856

Sosial yardımlarla bağlı - Aqil Əmircanov

Əziz dostlar,

Bildiyiniz kimi artıq bir ildir ki, hərkəs üçün məlum olan yeni korona virusdan bütün dünya əziyyət çəkir. Virus ilk dalğasında ölkəmizin yaşıl zona olmasına baxmayaraq bu gün Gürcüstan gündəlik virusa yoluxma hallarının statistik göstəricilərinə əsasən birinci yerdədir. Ölkəmizin baş epidemoloqlarının irəli görüşləri gündən günə təstiqlənir. Gürcüstanda hər gün son 24 saat ərzində ən az 3000-4000 nəfərdə virus təstiqlənir.

Bu günki statistikaya əsasən yeni bir pik qeydə alınıb və 5450 nəfərdə virusa yoluxma halı təstiqlənib.

Hərkəs üçün məlumdur ki, vətəndaşlarımızın bir qismi virusun mövcudluğuna hələdə şübhə edir, ancaq sizi əmin etmək istəyirəm ki, bu bir adi virus deyil. Əvvəla yaxınlarımın sonrada şəxsən özümün bu təcrübəyi yaşamağım məni əmin etdi ki, olduğundan çox ciddi hal ilə qarşı-qarşıyayıq. Olduqca ağır, ağrılı və əziyyət verici prossesdir.

Hərkəsdən xahiş edirəm ki, dövlət tərəfindən verilən tövsiyyələrə uyasınız və qaydalara riayyət edəsiniz. Bir daha xatırlayaq: tibbi maskadan tək olmadığınız hər bir məkanda istifadə edin, evdən kənar yerlərə özünüzlə spirtli mayyə/antiseptik və s. kimi dezinfeksiya edici məhlullar saxlayın. Tez-tez əlləriniz sabunla bir necə dəqiqə ərzində yuyun və spirtləyin.

Bütün qadağalara baxmayaraq bölgəmizdə hələ də xeyir işlər, nişan və toy mərasimləri keçirilir. Qətiyyən qeyd olunan məclisləri təşkil etməkdən boyun qaçırın. Təəsüflər olsun ki, hər gün ən azı 3-5 nəfərin vəfatı haqqında xəbər alırıq, çalışın qeyd olunan mərasimlərdə çox sayda insanı bir araya toplamayasınız və davamlılığı uzun müddət ərzində olmasın.

Dövlətimiz təfərindən virusun sürətli yayılmasının qarşısının alınması üçün qoyulan qadağalar hər bir vətəndaşın təhlükəsizliyi üçündür. Bu mərhələdə işlərini itirənlər üçün xüsusi sosyal yardımlarda edilir.

Məlumata görə, bir çox vətəndaş 300 larilik yardımı bütün vətəndaşlara aid olduğunu hesab edir və bu 300 lariyi almaq və qeydiyyat etdirmək məqsədi ilə banklara müraciət edib hesab nömrəsi açdırırlar, bu isə banklar qabağında sıxlığı gətirib çıxarır və bir çox insanın koronavirusa yoluxma təhlükəsini artırır. Bu yardımın bir tək fərdi sahibkara, iş yerlərini itirənlərə, iş yerləri bağlananlara aid olduğunu bir daha nəzərinizə çatdırıram. Çalışın ətrafınızda bu məlumatın detallarını bilməyənlərə bu xəbəri çatdırın.

Əlavə olaraq:

Hökumətin qərarına əsasən, sosial cəhətdən həssas ailələrə, eləcə də 16 yaşınadək 3 və ya daha çox azyaşlı uşağı olan ailələrə 6 ay ərzində hər ay 100 lari yardım veriləcək. 65 mindən 100 min baladək olan bütün sosial cəhətdən həssas ailələr dövlətdən yardım olaraq 100 lari alacaqlar. Birinci dalğa zamanı 72 min ailə bu proqramdan bəhrələndi. 0-dan - 16 yaşınadək 3 və ya daha çox azyaşlı uşağı olan 100 min ailə üçün 6 ay ərzində hər ay 100 lari olacaq. 18 yaşından kiçik əlillər və ağır əlillər üçün 100 GEL yardımı 6 ay davam edəcək, bu 43 min insanı əhatə edəcək.

Ən vacib detallardan biri isə kəndlərdən mənə gələn müraciətlərdir.

Bildiyimiz kimi, virusa yoxulub-yoluxmadığını öyrənmək üçün xüsusi test etdirməliyik. Bir çox ailədə bunun üçün sosyal və iqtisadi vəziyyət əlverişli deyil. Buna görədə dövlət tərəfindən xüsusi göstəricilərə əsasən həmin durumda ki, insanlara qeyd olunan testlər tam təmənnasız ediləcək. Əlavə məlumatlar və detallar tezliklə medya vasitəsi ilə əhaliyə çatdıralacaqdır.

Bir daha qeyd edirəm ki, bu duruma bir mənalı yanaşmayın özünüzün, doğmalarınızın, yaxınlarınızın və ətrafınızın təhlükəsizliyi üçün qaydalara rəayyət edin.

Sağlıqla qalın.

Müəllif: Aqil Əmircanov

Bizimlə əlaqə saxlayın