1 USD =3.229 GEL 1 EUR =3.816 GEL 1 AZN =1.899 GEL 1 TRY =0.4 GEL 1 RUB =4.221 GEL
01 
Avq
2020
09:15
582

"Çoban fəlsəfəsi"

Kəndimizdə bir qoca var, ona Çoban Vəli deyirlər. Həqiqətən çoban olub, hazırda 90-dan çox yaşı var..., amma onun bir əməli məndə öz fəlsəfəsi ilə çox təqdirlidir....

Vəli baba Sovet dönəminin sıravı insanı olub.... öz halal əməyi ilə çörəyini qazanıb...

Müharibə vaxtı yetim qalan gənc oğlan dağ Borçalısından Bag Borçalısına iş axtarmağa gəlib. AĞMƏMMƏDLİ kəndində Həsən kişinin həyətində köməkçi olub.... (uzun illər sonra qızının taleyini də həmin evə yazılıb).... sonralar öz yolunu tapıb: kolxoza yazılıb... get -gedə el arasında öz halallığı, mərifəti ilə hörmət qazanıb və fermada sağıcı işləyən el qızı Zəkiyə ilə ömür bağlayıb... bu izdivac 4 oğul, 2 qız la 60 ili keçir.... Allah saxlasın... altı ev qurub, 6 toy edib Vəli baba.. evinə haram tikə gəlməyib,

Qızları və iki oğlu təhsilini davam erdirib, oğlu Əli isə Uzaq Şərqdə məsul vəzifədədir... nəvələri həmçinin....

Bəlkə deyəsiz bu ki sıradan bir həyatdır.... bəli həyat sıradan ola bilər, amma din haqqında heçbir fikri, təsəvvürü olmayan bu insan yalnız ALLAH sözünü bilir və onu da bir böyüklük kimi qəbul edir, vəssalam .

Maraqlı olan odur ki, bu insan ailə qurub, ev-eşik, oğul-uşaq sahibi ola gündən bu günə qədər hər ilin avqust ayında, yaylaqdan gələndən sonra həmişə öz sürüsündən bir qoyun kəsərmiş, ehtiyacı olan hər kəsə pay verərmiş. Soruşanda ki,

-nə üçün kəsmisən?

Deyərmiş:

----ALLAH DEDİYİMİZ O BÖYÜYƏ ŞÜKR EDİRƏM Kİ, BALALARIMIZ YANIMIZDA, AĞLIMIZ BAŞMIZDA İLMİZİ BAŞA VURDUQ..... VURMAYA DA BİLƏRDİK.

Bax elə buna görə, o, kişinin mənə verdiyi ruzidən ildə bir dəfə mən də ehtiyacı olanlara verirəm....

Bu söhbəti mən eşidəndə uşaq idim, yeddinci sinifdə oxuyirdum. Çoxları kimi mən də ötəri dinləmişdim..... amma zamanla həyat yolunun zərbələrini tanıdıqca yaddaşımdan bu ibrəti xatırladım.... və utandım... utandım ki, özümüzə ziyalı deyirik... oxuduğumiz kitablar Çoban Vəlinin qoyunlarının sayımda dəfələrlə çox olsa da heçbirimiz "şükürlük fəlsəfəsini" onu qədər dərk etməmişik!

Vəli baba hər il şükür edir ki, balalarım, nəvə-nəticələrim sağ-salamatdır, hammısının daxması, ruzisi, sağlığı var... ayaqüstədirlər!

Böyük kişi kimi tanıdığı, tapındığı Tanrıya beləcə ŞÜKR DEYİR!

BİZ NEYLƏYİRİK?

QURBAN ƏTİNDƏN KABAB ÇƏKƏNDƏ QAÇAN ÖVLADIMIZA BAXIB KİMİMSƏ ƏLİL BALASINA HEYFSƏNİRİKMİ?

RAHAT KÜRSÜMÜZDƏ GÜLLƏ ALTDA YAŞAYANLARI XATIRLAYIRIQMI?

ÇÖRƏYİ ATANDA ZİBİLLİKDƏ ÇÖRƏK AXTARANLARI GÖRÜRÜKMÜ? GÖRDÜZ!

Çoxumuz Çoban Vəli kimi ucalıq zirvəsinə qalxanmırıq.

Müəllif: EsRa Borcali (Esmira Ələkbərli)

Bizimlə əlaqə saxlayın