12 
Apr
2020
10:51
4847

Sərtləşdirmə yenə də olacaqmı? Gürcüstanda fövqəladə vəziyyət rejimi necə sərtləşdirilə bilər?

Bu vəziyyətdə Gürcüstanda fövqəladə vəziyyət rejiminin uzadılması və şərtlərinin sərtləşdirilməsi məsələsi getdikcə aktuallaşır.

InterPress.ge-nin məlumatına görə, hökumət bu günə qədər fövqəladə vəziyyətin uzadılmasının hadisələrin inkişafından asılı olacağını deyərək konkret proqnozlardan imtina edir.

Bu günə qədər, Gürcüstan yoluxmuş insanların sayına görə, 185 ölkə arasında 114-cü yerdədir və bu qonşu ölkələr arasında ən yaxşı göstəricidir.

Gürcüstandakı bu rəqəmlər Gürcüstan hökumətinin sərt nəzarəti və sərt tədbirləri ilə əlaqədardır. Ölkədə yoluxmuş insanlar görünməmişdən əvvəl, yoluxma riski yüksək olan ölkələrdən gələn sərnişinlərin temperaturu sərhədlərdə və Gürcüstan hava limanlarında yoxlanmaqa başlamışdı.

Gürcüstan stili nəzarət:

Fevralın 26-da Gürcüstanda COVID-19 infeksiyasının ilk halı aşkarlanıb. Elə həmin gün hökumət İrana səyahətə məhdudiyyətlər qoydu və 24 saatlıq iş rejiminə keçdi. Gürcüstan hər yeni yoluxmuş şəxslə qaydaları sərtləşdirdi.

Yoıuxmanın sayı üçə çatanda, Gürcüstanda təhsil prosesi dayandırıldı, 23 hadisədən sonra isə Gürcüstan qonşuları ilə sərhədlərini bağlamağa başladı.

Yoluxmalar 35-ə yaxınlaşdıqda, hökumət bütün xarici vətəndaşlar üçün sərhədləri bağladı, istirahət mərkəzləri, barlar və restoranlar işləmədi. Gürcüstanda 45 yoluxmuş insanın aşkar edilməsi ilə fövqəladə vəziyyət elan edildi və insanların bir yerə toplaşması məhdudlaşdırıldı. Bu qaydaları pozduğuna görə dərhal cərimələr tətbiq edildi - fiziki şəxslər üçün 3 min lari, hüquqi şəxslər üçün isə 15 min lari cərimə təyin olundu.

Martın 31-də, COVID-19 xəstələrinin sayı 100-ə çatanda, bütün Gürcüstanda komendant saatları tətbiq olundu və böyük şəhərlərdə vətəndaşların hərəkətinə nəzarət etmək üçün buraxılış məntəqələri meydana gəldi.

Bu gün ölkədə hər hansı bir kütləvi tədbir qadağandır, kafe və restoranlar işləmir, ərzaq və hipermarket istisna olmaqla, bütün mağazalar bağlanılıb. Onlayn satışlarda məhdudiyyətlər tətbiq olundu - evdə yalnız yemək, dərman və müəyyən avadanlıq sifariş edə bilərsiniz. Ölkə daxilində üçdən çox adamın qrup halında toplaşması da qadağandır. Eyni zamanda, polis təkcə qrup halında toplaşanları deyil, həm də hakimiyyətin müəyyən etdiyi iki metrlik məsafəni müşahidə etməyənləri də cərmələyir.

Eyni zamanda, Gürcüstan hökuməti bu üsulu yalnız yayılma təhlükəsi olan ərazilərdə tətbiq edərək ümumi sərt karantindən imtina etdi. Bu gün üç belə rayon var - Marneuli, Bolnisi və Lentexi.

Ölkənin qalan hissəsində insanlar məsafəni qoruyaraq istər taksi, istərsə də maşınla, qaydalara uyğun olaraq sərbəst hərəkət edə bilərlər - sürücü qabaqdadır, iki sərnişin isə arxada oturmalıdır. Belə ki, martın ayının 31-dən etibarən bütün növ ictimai nəqliyyat bağlanıb.

Bundan sonra hansı tədbirlər görülə bilər?

Göründüyü kimi, Gürcüstan hakimiyyətinin növbəti addımı ümumi sərt karantinin tətbiqi olacaq və bu belə olacaq: vətəndaşlara mağazaya, aptekə getmək və ya ev heyvanı gəzmək istisna olmaqla evlərini tərk etmək qadağan ediləcək.

Yalnız karantin dövründə dövlət tərəfindən səlahiyyətli strateji obyektlər və müəssisələr tam işləyəcək.

Tədbirlər tətbiq olunmayana qədər yalnız karantinin necə sərtləşdiriləcəyini güman edə bilərik. Ancaq başqa ölkələrin təcrübəsinə baxsanız, Gürcüstanda mağazaya və ya aptekə yalnız Azərbaycanda olduğu kimi qısa mətn mesajı və ya telefon zəngi ilə getmək və ya evdən müəyyən dəqiqə çıxmaq kimi bir təcrübənin olacağı tamamilə mümkündür.

Məsələnin digər tərəfi...

Bu arada, Gürcüstanın Baş naziri Qiorqi Qaxaria, belə bir karantin metodunun uzun sürməyəcəyini və zəruri hallarda aradan qaldırılacağını, eləcə də mövcud bir çox məhdudiyyətin olacağını xəbərdar edib.

Səbəb sadədir - qapalı şirkətlər səbəbindən hər gün pisləşən vətəndaşların iqtisadi vəziyyəti və müvafiq olaraq işsizlərin sayının artması.

Buna görə də Gürcüstanda müəyyən qaydalara uyğun bazarlar açacaqlarını və hətta onlayn satışa icazə verdiklərini elan etdilər.

İşləmək üçün icazə verilən müəssisələrin siyahısı işçilərin sayına qoyulan məhdudiyyətlərə baxmayaraq tədricən genişlənir.

Gürcüstan hökuməti artıq insanların sağlamlığı ilə ölkə iqtisadiyyatının gələcək inkişafı arasında tarazlıq yaratmaq niyyətində olduğunu açıq şəkildə bildirdi. Beləliklə, Gürcüstanda hansı məhdudiyyətlər tətbiq olunmasından asılı olmayaraq, onlar yalnız müvəqqəti olacaqdır.

Bizimlə əlaqə saxlayın