03 
Dek
2020
10:46
939

İnstaqram canlı yayımları artıq yeni formatda olacaq

İnstaqram sosial şəbəkəsi canlı yayımlar üçün yeni funksiyalar istifadəyə verib.

InterPress.ge xəbər verir ki, sosial şəbəkə canlı yayımlar üçün Life Rose adlı funksiyanı təqdim edib. Hazırda yalnız Hindistan və İndoneziya istifadəçilərinin ixtiyarına verilən yenilik sayəsində maksimum 4 hesab birlikdə canlı yayım edə biləcək. İzləyici və hesab sahibləri arasında əlaqə yaratmağa yönəlmiş funksiya nəticəsində canlı yayımlar daha əyləncəli hala gətiriləcək.

Qeyd edək ki, bir müddət öncə İnstaqram canlı yayım müddətini 60 dəqiqədən 4 saata qaldırmaq üçün işlər apardığını açıqlamışdı.

Bizimlə əlaqə saxlayın