03 
Dek
2020
10:42
805

Noyabrın ən güclü Android dəstəkli smartfonları - SİYAHI

AnTuTu noyabr ayının ən güclü Android dəstəkli smartfonlarını açıqlayıb.

InterPress.ge Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahının ilk iki pilləsində Huawei Mate 40 Pro və Huawei Mate 40 Pro Plus telefonları yer alır.

Hər iki smartfon keyfiyyətli kamerası və çox güclü 5 nm Kirin 9000 prosessoru ilə diqqət çəkir.

Siyahının üçüncü pilləsində isə Xiaomi Mi 10 Ultra modeli qərarlaşıb.

Siyahının 4, 5, 6, 7, 8-ci pillələrində isə müvafiq olaraq iQOO 5, Vivo X50 Pro Plus, Redmi K30s, Asus ROG Phone 3 və OPPO Find X2 Pro telefonları yer alır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər